satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: “Rusiya onu aktivlərdən məhrum etmək cəhdlərinə sərt reaksiya verəcək”

Zaxarova: “Rusiya onu aktivlərdən məhrum etmək cəhdlərinə sərt reaksiya verəcək”

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya onu dondurulmuş suveren ehtiyatlarını (aktivlər) Ukraynaya dəstək məqsədilə kapital cəlb edilməsi üçün istiqrazlara girov kimi istifadə etmək cəhdlərinə sərt reaksiya verəcək.

Naxçıvan televiziyası xəbər verir ki, Zaxarovanın bu şərhi Rusiya XİN-nin saytında dərc olunub.

“Biz bu və ya digər şəkildə Rusiyanı suveren ehtiyatlarından məhrum etmək cəhdləri ilə bağlı istənilən qeyri-dost addımlara sərt reaksiya verəcəyik. Qanuni hüquq və mənafelərimizin müdafiəsi ilə bağlı cavabımız həm hüquqi, həm də mənəvi cəhətdən əsaslandırılacaq”, - o vurğulayıb.

Zaxarova bildirib ki, Rusiya aktivlərinin girov kimi saxlanılması və ya ondan başqa məqsədlər üçün vasitə kimi istifadə olunması hələ də davam edərsə, müvafiq istiqrazları almağa qərar verən hər hansı bir şəxs və fond, maliyyə və əmlak da daxil olmaqla Rusiyanın əks tədbirlərinə məruz qalacaq ilk namizəd olacaq.

O qeyd edib ki, Rusiya aktivlərinin ələ keçirilməsi ilə bağlı istənilən addım Moskva tərəfindən oğurluq kimi qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM