satellite   Azerspace-1: 11135 H 30000

Səfir: "Türkiyə və Ukrayna birgə PUA istehsal edəcək"

Səfir: "Türkiyə və Ukrayna birgə PUA istehsal edəcək"

Kiyevdə Türkiyəyə məxsus Baykar zavodunda iki ölkə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcəklər.

Naxçıvan televiziyası Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar deyib.

O bildirib ki, Baykar şirkəti Ukrayna üçün strateji əhəmiyyətə malikdir: “Təkcə satınalmalar deyil, həm də ortaq istehsal məsələsi gündəmdədir. Ortaq istehsal məhsulları həm Ukraynanın, həm də Türkiyənin müdafiəsinə dəstək olacaq. Sonra həmin məhsullar üçüncü ölkələrə çatdırılacaq”.

Qeyd edək ki, daha əvvəl Ukraynada Bayraktar PUA-ları istehsal edən Baykar zavodunun tikilməsi barədə məlumat verilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM