satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 20 nəfər ölüb

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 20 nəfər ölüb

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 20 nəfər ölüb.

Naxçıvan televiziyası “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Çanaqqala valisi İlham Aktaş bildirib.

Məlumata görə, bölgədə 10 sahil mühafizə gəmisi, 2 helikopter, dəniz polisi və başqa qurumların əməkdaşları axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Bildirilib ki, Kabatəpə limanında çoxlu sayda təcili yardım maşını hazır vəziyyətdə saxlanılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM