satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Ukrayna Silahlı Qüvvələri müttəfiqlərdən hərbi yardım gəldikdə yeni əks-hücum əməliyyatına başlaya bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Blomberg agentliyinə müsahibəsində deyib. “Ukrayna ordusu canlı qüvvə baxımından bir neçə ay əvvəlkinə nisbətən daha yaxşı vəziyyətdədir və yeni əks-hücum onların komplektləşdirilməsi məsələsidir”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, hazırda 28-35 min əsgərdən ibarət 14-ə yaxın briqada Amerika və Avropa müttəfiqlərindən silah tədarükündə gecikmələr səbəbindən döyüşə hazır deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM