satellite   Azerspace-1: 11135 H 30000

Fransada terror aktları hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Fransada terror aktları hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Fransanın hüquq-mühafizə orqanları son günlər bir neçə nəfəri Olimpiya Oyunları zamanı terror aktları hazırlamaqda şübhəli bilinərək saxlayıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen BFMTV telekanalının efirində bildirib.

"Terror təhlükəsi son dərəcə ciddi olaraq qalır. Seçki kampaniyası dövründə olduğumuz üçün son bir neçə gündə bunu ictimaiyyətə açıqlamadıq, lakin terror aktları planlaşdıra və həyata keçirə biləcək insanları həbs etdik”, - o vurğulayıb.

Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM