Gürcüstan DİN müxalifət tərəfdarlarını gözlənilən etiraz aksiyasında qanuna riayət etməyə çağırıb

Gürcüstan DİN müxalifət tərəfdarlarını gözlənilən etiraz aksiyasında qanuna riayət etməyə çağırıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) müxalifət tərəfdarlarını gözlənilən etiraz aksiyasında qanuna riayət etməyə çağırıb.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayıb.

DİN strateji və ya xüsusilə vacib obyektlərin bloklanmasının qanunla qadağan edildiyini xatırladıb.

“Planlaşdırılan mitinqin iştirakçıları və təşkilatçıları qanunla müəyyən edilmiş yığıncaq çərçivələrindən kənara çıxmasınlar və qeyri-qanuni hərəkətlərdən çəkinməlidirlər. Əks halda, polis bütün lazımi qanuni tədbirləri alacaq”, - bəyanatda bildirilir.

Qeyd edək ki, parlament seçkilərinin nəticələrini tanımayan müxalifət bu gün Tbilisidəki Respublika meydanında toplaşacaq, orada gecələyərək noyabrın 25-də səhər hakim partiyanın ilk iclasının keçirilməsinə mane olmağa çalışacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM