satellite   Azerspace-1: 11135 H 30000

Salvadorda 50 milyon dollar dəyərində kokain daşıyan gəmi saxlanılıb

Salvadorda 50 milyon dollar dəyərində kokain daşıyan gəmi saxlanılıb

Salvador hüquq-mühafizə orqanlarının əməkdaşları respublika sahillərində iki ton kokaini müsadirə etməyə nail olublar.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Estero de Jaltepeque körfəzindən 752 km cənub-qərbdə 3 kolumbiyalının 50 milyon dollar dəyərində narkotik vasitə daşıdığı gəmi saxlanılıb.

Bukele qeyd edib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda təxminən 380 milyon dollar dəyərində olan 15 tondan çox kokain ələ keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM