satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyanın Dəməşqdəki səfirliyi atəşə tutulub

İndoneziyanın Dəməşqdəki səfirliyi atəşə tutulub

Suriyanın paytaxtı Dəməşqdə İndoneziya səfirliyi atəşə tutulub.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyinin Vətəndaşların müdafiəsi məsələləri üzrə Departamentinin direktoru Cudha Nuqraha deyib.

“Hadisə zamanı heç bir İndoneziya vətəndaşı xəsarət almayıb”, - "Jakarta Globe" məmura istinadən bildirib.

Onun sözlərinə görə, atəş təsadüfən açılıb. Hazırda Suriyada mindən çox indoneziyalı yaşayır, onlardan 19-u sığınacaq almaq üçün səfirliyə müraciət edib.

Səfirlik Suriyada qarşıdurmanın artması fonunda ən yüksək həyəcan səviyyəsi elan edib. İndoneziyalılara ərəb ölkəsinə səfərlərdən çəkinmək tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM