satellite   Azerspace-1: 11135 H 30000

Makron Polşa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Makron Polşa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Fransa Prezidenti Emmanuel Makron dekabrın 12-də Varşavaya səfər edəcək.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə "Wyborcza" qəzeti məlumat yayıb.

Məlumata görə, Makron Polşanın Baş naziri Donald Tusk və Prezident Andjey Duda ilə görüşəcək.

Diplomatik mənbələr danışıqların gündəliyində Ukraynadakı vəziyyətin prioritet olacağını bildiriblər. Makron Polşa rəhbərliyinə ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə keçirdiyi görüşlər barədə məlumat verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM