satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın müdafiə naziri Pentaqon rəhbəri ilə cəbhədəki vəziyyəti bir daha müzakirə edib

Ukraynanın müdafiə naziri Pentaqon rəhbəri ilə cəbhədəki vəziyyəti bir daha müzakirə edib

Ukraynanın müdafiə naziri Rustem Umerov amerikalı həmkarı Lloyd Ostin ilə telefonla danışıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi özünün sosial media hesabında məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Ukrayna və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri, cəbhədəki son vəziyyət və Kiyevə hərbi yardımın həcmi müzakirə olunub. Pentaqon rəhbəri Lloyd Ostin Birləşmiş Ştatların Ramştayn formatı çərçivəsində Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti görüşünü planlaşdırmağa və Ukraynanı effektiv mübarizə üçün lazım olan vasitələrlə təmin etməyə hazır olduğunu təsdiqləyib.

Qeyd edək ki, Ukrayna və ABŞ müdafiə nazirləri arasında əvvəlki telefon danışığı ötən həftə baş tutmuşdu. Pentaqonun məlumatına görə, həmin danışıq zamanı Ukrayna cəbhəsində döyüş əməliyyatlarının dinamikası, Vaşinqtonun Ukraynaya hərbi yardımı və Rusiyanın orta mənzilli “Oreşnik” ballistik raketindən istifadəsi müzakirə edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM