satellite   Azerspace-1: 11135 H 30000

“Politico”: Yens Stoltenberq Donald Trampı NATO-nun ABŞ üçün faydalı olduğuna inandıra bilər

“Politico”: Yens Stoltenberq Donald Trampı NATO-nun ABŞ üçün faydalı olduğuna inandıra bilər

NATO-nun sabiq baş katibi Yens Stoltenberq ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı Şimali Atlantika Alyansının Vaşinqton üçün faydalı olduğuna inandıra bilər.

Naxçıvan televiziyası xəbər verir ki, “Politico” qəzeti bu barədə NATO-dakı yüksəkrütbəli mənbəyə istinadla məlumat yayıb.

Bu səbəbdən ABŞ-ın gələcək liderinin mümkün hərəkətləri ilə bağlı NATO-nun narahatlığı bir qədər azalıb.

Qeyd edək ki, Donald Tramp əvvəlki prezidentlik dövründə NATO müttəfiqlərini ABŞ-ın alyansdan çıxa və üzv ölkələrə hücum zamanı qarşılıqlı yardımı nəzərdə tutan 5-ci maddə üzrə öhdəliklərindən imtina edə biləcəyi ilə hədələyirdi. İndi isə o, Senatın təsdiqi olmadan Birləşmiş Ştatların NATO-dan çıxmasını qadağan edən qanun layihəsinin təşəbbüskarı - senator Mark Rubionun dövlət katibi vəzifəsinə namizədliyini irəli sürüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM