satellite   Azerspace-1: 11135 H 30000

Əriyən dağ buzları İsveçrə ilə İtaliya arasındakı sərhədi dəyişib

Əriyən dağ buzları İsveçrə ilə İtaliya arasındakı sərhədi dəyişib

Kolumbiya Universitetinin amerikalı alimləri belə qənaətə gəliblər ki, İtaliya və İsveçrə arasında dövlət sərhədinin Alp dağlarında yerləşən hissəsi dağ buzlaqlarının əriməsi səbəbindən yerini dəyişib.

Naxçıvan televiziyası xəbər verir ki, tədqiqat Kolumbiya Universitetinin İqlim Məktəbinin (CCS) saytında dərc edilib.

Söhbət ən yüksək alp zirvələrindən biri olan Matterhorn zirvəsindəki buzlaqlardan gedir. Uzun onilliklər ərzində onlar iki ölkə arasında təbii sərhəd rolunu oynayıblar. Lakin son illərdə qlobal istiləşmə ilə əlaqədar buzlar İtaliyaya doğru sürüşüb.

Qeyri-dəqiqliyi aradan qaldırmaq üçün İtaliya və İsveçrə dövlət sərhədini tənzimləməyə razılaşıblar.

Alimlərin fikrincə, hər iki ölkənin sakinlərini daha çox ərazi məsələsi deyil, əbədi buzlaqların əriməsi və qar örtüyünün itirilməsi narahat edir. Bu proseslər dağlıq ərazilərin əhalisini təhdid edən sürüşmələrə səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM