Suriyalıların geri dönmələri üçün bu ölkənin QHT-ləri ilə görüş keçirəcəyik.
NUHÇIXAN-ın məlumatına görə, bu fikirləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.
Nazir QHT-lərlə Suriyada həyatın canlanması məsələsini müzakirə edəcəklərini bildirib:
“Bu görüşdən sonra təfərrüatları həm vətəndaşlarımıza, həm də suriyalılara açıqlayacağıq”.
A.Yerlikaya sərhəd qapılarında yeni tədbirlər gördüklərini də əlavə edib: "Sərhəd qapılarında gündəlik 3 min tutumumuz olduğu halda, bunu 15-20 minə çatdırmışıq”.