satellite   Azerspace-1: 11135 H 30000

İtaliyanın ən yaxşı həyat keyfiyyəti təklif edən şəhərinin adı açıqlanıb

İtaliyanın ən yaxşı həyat keyfiyyəti təklif edən şəhərinin adı açıqlanıb

İtaliyada sakinlərinə keyfiyyətli həyat təklif edən şəhərlərin adları açıqlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, “Il Sole 24 Ore” qəzeti tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, 2024-cü ildə həyat keyfiyyətinə görə ilk sırada Berqamo şəhəri qərarlaşıb. İnsanların ən yaxşı yaşadığı şəhərlər siyahısında ilk üçlükdə müvafiq olaraq Trento və Bolzano yer alıb. Sorğu 6 kateqoriya üzrə ümumilikdə 90 göstərici nəzərə alınmaqla aparılıb. İtaliyanın böyük şəhərlərindən olan Milan reytinqdə 12-ci, Bolonya 16-cı, Florensiya 36-cı, Turin 58-ci, paytaxt Roma 59-cu, Neapol isə sonuncu sıradadır. Bu, “Il Sole 24 Ore” qəzetinin 1990-cı ildən etibarən apardığı sayca 35-ci müvafiq sorğudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM