satellite   Azerspace-1: 11135 H 30000

Bayraktar: "Türkmənistan qazının Türkiyəyə tədarükü martın 1-də başlayacaq"

Bayraktar: "Türkmənistan qazının Türkiyəyə tədarükü martın 1-də başlayacaq"

Türkmənistana məxsus təbii qazın Türkiyəyə tədarükü bu il martın 1-də başlayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Türkiyə ilə Türkmənistan arasında enerji əməkdaşlığında tarixi addım atılıb. BOTAŞ və “Türkmənqaz” arasında Türkmənistan qazının Türkiyəyə tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində qaz tədarükünün martın 1-də başlanması planlaşdırılır", - nazir bildirib.

Onun sözlərinə görə, sənədin imzalanması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhamedovun iştirakı ilə ötən ilin mart ayında Antalyada iki ölkə arasında qaz sahəsində əməkdaşlığın inkişafına dair imzalanmış Anlaşma Memorandumunun konkret nəticəsidir.

"Uzun illərdir üzərində işlədiyimiz bu müqavilə ölkəmizin və bütün regionun təbii qaz təchizatının təhlükəsizliyini gücləndirəcək, həmçinin Türkiyə ilə Türkmənistan arasında strateji əməkdaşlığı irəlilədəcək", - A.Bayraktar əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM