satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin Yəməndəki əməkdaşı ölüb

BMT-nin Yəməndəki əməkdaşı ölüb

BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəməndə husi üsyançıları tərəfindən əsir saxlanılan əməkdaşının öldüyünü bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

"Ümumdünya Ərzaq Proqramı Yəmənin şimalında həbsdə olan əməkdaşının ölümündən sarsılıb", - məlumatda qeyd olunub.

Məlumata görə, husilər yanvarın 23-dən bəri əməkdaşı və onun daha 6 həmkarını əsir saxlayırdılar.

Təfərrüatlar açıqlanmayıb. BMT-də 2017-ci ildən çalışan əməkdaşın həyat yoldaşı və iki uşağı qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM