satellite   Azerspace-1: 11135 H 30000

Modinin təyyarəsinə hücum təhdidində şübhəli bilinən şəxs saxlanılıb

Modinin təyyarəsinə hücum təhdidində şübhəli bilinən şəxs saxlanılıb

Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-yə xarici səfərləri zamanı onun təyyarəsinə hücum təhdidində şübhəli bilinən şəxsi saxlayıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti məlumat yayıb.

Mumbayın hüquq-mühafizə orqanları saxlanılan şəxsin psixi vəziyyətinin qeyri-sabit olduğunu bildirib. Davam edən araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər də saxlanılan şəxsin telefonundan cinayətlərin hazırlanması və digər yalan məlumatlarla bağlı polisə 1,4 min zəng daxil olub.

Ötən gün Mumbay polisinə Modinin xaricə səfərləri zamanı terrorçuların onun təyyarəsinə hücum edə biləcəyi barədə zəng daxil olub. Polis məlumatın “ciddi xarakter” daşıdığını bildirib və araşdırmalara başlayıb.

Modi hazırda Fransada səfərdədir. O, daha sonra ABŞ-yə gedəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM