satellite   Azerspace-1: 11135 H 30000

Qriqoryan: Ermənistan 10 noyabr bəyanatına qayıtmağı düşünmür

Qriqoryan: Ermənistan 10 noyabr bəyanatına qayıtmağı düşünmür

Ermənistan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına qayıtmaq məsələsini nəzərdən keçirmir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O deyib ki, sənədin 8 bəndi icra edilmədiyi üçün 9-cu bənd səbəbindən həmin sənədə qayıtmaq təəccüb doğurur:

“İrəvan öz imzasından ona görə imtina etmir ki, hazırda sənədin kənarda qalan hər hansı müddəası mövcud deyil və bu reallıqdır”.

Qriqoryan həmçinin ölkənin Konstitusiyasının yeni mətnindən 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin çıxarılmayacağı barədə xəbəri təsdiqləməkdən imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM