satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan banklarından 311 min dollardan çox pul oğurlanıb

Ermənistan banklarından 311 min dollardan çox pul oğurlanıb

Ermənistanda cinayətkar təşkilat fırıldaqçı sxemlərdən istifadə edərək ölkənin müxtəlif banklarından 119 milyon dramdan çox (311 min dollardan artıq) pul oğurlayıb.

NTV Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Təşkilatın rəhbəri və daha bir nəfər həbs edilib, üçüncü iştirakçı isə ev dustaqlığına göndərilib.

10 nəfərə qarşı Ermənistan Cinayət Məcəlləsinin cinayətkar təşkilatın yaradılması və ya ona rəhbərlik, iştirak, xüsusilə iri məbləğdə dələduzluq, pulların yuyulması, həmçinin sənədlərin, ştampların, möhürlərin və blankların saxtalaşdırılması maddələri üzrə cinayət təqibi başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qurtuluşdan başlanan yol

13:59 15.06.2025

Sözün Arifi 101 yaşında

12:42 15.06.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM