satellite   Azerspace-1: 11135 H 30000

Britaniya 5 ildən sonra Pakistan aviaşirkətlərinin uçuşlarına qadağanı ləğv edib

Britaniya 5 ildən sonra Pakistan aviaşirkətlərinin uçuşlarına qadağanı ləğv edib

Böyük Britaniya rəsmi olaraq Pakistanı uçuş məhdudiyyətləri olan ölkələr siyahısından çıxarıb, faktiki olaraq Pakistan aviaşirkətlərinə əvvəllər tətbiq edilmiş qadağanı ləğv edib.

NTV xəbər verir ki, bu barədə İslamabaddakı Britaniya Ali Komissiyası məlumat yayıb.

Məlumata görə, indi Pakistan daşıyıcıları Birləşmiş Krallığın Mülki Aviasiya İdarəsi vasitəsilə Britaniyaya uçuş icazələri üçün müraciət edə bilərlər.

Qərar Pakistanda aviasiya təhlükəsizliyi standartlarının əhəmiyyətli dərəcədə yüksəldilməsindən sonra qəbul edilib.

"Hava əlaqələrinin bərpası təkcə əlaqələri yaxşılaşdırmayacaq, həm də iqtisadi və mədəni əlaqələrin dəstəklənməsinə kömək edəcək", - Britaniyanın ali komissarı Ceyn Marriott bildirib.

Xatırladaq ki, qadağa 2020-ci ilin iyulunda Böyük Britaniya və Avropa aviasiya orqanları tərəfindən saxta pilot lisenziyaları ilə bağlı qalmaqaldan sonra tətbiq edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM