satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə meşə yanğınları Gelibolu yarımadasına yayılıb

Türkiyədə meşə yanğınları Gelibolu yarımadasına yayılıb

Türkiyənin Tekirdağ vilayətinin Şarköy rayonunda başlayan meşə yanğınları şiddətlənərək Çanaqqalanın tarixi Gelibolu yarımadasına yayılıb.

NTV xəbər verir ki, dünən günorta saatlarında kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Hazırda bölgəyə 21 hava vasitəsi, 100-ə yaxın digər texnika və təxminən 400 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.

Yanğınla əlaqədar üç kəndin əhalisi təxliyə olunub, tüstüdən zəhərlənən 4 nəfər xəstəxanaya yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM