satellite   Azerspace-1: 11135 H 30000

Kamçatka və Saxalin sahilləri sunami zərbələrinə məruz qalıb

Kamçatka və Saxalin sahilləri sunami zərbələrinə məruz qalıb

Sakit okean akvatoriyasında baş verən zəlzələdən sonra Saxalin və Kamçatka diyarının üç bələdiyyə qurumunun sahilləri sunami zərbələrinə məruz qalıb.

NTV Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə xidmətlərin nümayəndəsi bildirib.

"Saxalin vilayətinin və Kamçatkanın üç bələdiyyə qurumunun sahil zonasında sunami dalğalarının keçməsi qeydə alınıb. Sahilə çırpılan dalğaların hündürlüyü beş metrə çatıb", - o qeyd edib.

Xatırladaq ki, çərşənbə günü Kamçatkada 8,7 maqnitudalı zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələdir. 8 bala qədər yeraltı təkanlar şimali Kuril adalarında da hiss edilib. Kamçatkada və Şimali Kurildə sunami təhlükəsi elan edilib, eləcə də fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM