satellite   Azerspace-1: 11135 H 30000

Pekində şiddətli yağışlar nəticəsində ölənlərin sayı 44-ə çatıb

Pekində şiddətli yağışlar nəticəsində ölənlərin sayı 44-ə çatıb

Çinin paytaxtı Pekində 10 günə yaxındır davam edən şiddətli yağışların yaratdığı fəsadlardan ölənlərin sayı 44-ə çatıb. Ölənlərin 31-i ahıllar evinin sakinləri olub.

NTV xəbər verir ki, təbii fəlakət nəticəsində 9 nəfər itkin düşüb. Leysan 300 mindən çox sakinin həyatına mənfi təsir edib, 24 mindən çox fərdi evə ziyan dəyib. Bundan başqa, sel və daşqın ictimai və kommersiya binalarına, əkin sahələrinə, avtomobil yollarına zərər yetirib, güclü külək kommunikasiya və elektrik xətlərini sıradan çıxarıb. Bəzi yaşayış məntəqələrində yağıntının miqdarında rekordlar qeydə alınıb. Pekin ətrafındakı qəsəbə və kəndlərdən ümumilikdə 80 min sakin təhlükəsiz ərazilərə təxliyə edilib.

Qeyd edək ki, paytaxtla yanaşı, Çinin şimal hissəsindəki Hıbey, Cilin və Şandon əyalətlərində də leysan yağışları həyatı iflic edib. Hıbey əyalətinin Luanpin rayonunda iyulun 28-də səhər saatlarında baş verən torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər hələ də itkin hesab olunur. Sinlon rayonunda isə sel və daşqın 8 nəfərin ölümünə, 18 nəfərin itkin düşməsinə səbəb olub. Şensi əyalətində avtobusun yağış səbəbindən yoldan çıxaraq dərəyə aşması nəticəsində 10 nəfər ölüb, 14 nəfər itkin düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM