satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Ryazan vilayətində avqustun 18-i matəm günü elan edilib

Rusiyanın Ryazan vilayətində avqustun 18-i matəm günü elan edilib

Rusiyanın Ryazan vilayətindəki Şilov rayonunda bir müəssisədə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, xəsarət alan 130 insana tibbi yardım göstərilib, onlardan 29-u xəstəxanaya yerləşdirilib.

NTV xəbər verir ki, bu barədə insidentlə bağlı yaradılmış operativ qərargah məlumat yayıb. Yanğın müəssisənin istehsalat sexlərindən birində başlayıb və geniş ərazini əhatə edib. Texnogen qəzanın nəticələrini aradan qaldırmaq üçün 360 mütəxəssis və 90 ədəd texnika cəlb olunub, kinoloqlar dağılmış konstruksiyaları araşdırır. Fasiləsiz çalışan xilasedicilər qrupu ağır texnikanın köməyi ilə dağıntıları, plitələri təmizləyir, inşaat tullantılarını ərazidən kənarlaşdırır.

Vilayətin rəhbəri Pavel Malkov bildirib ki, faciə ilə əlaqədar avqustun 18-i regionda matəm günü elan olunub

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM