satellite   Azerspace-1: 11135 H 30000

İspaniya və Portuqaliyadakı meşə yanğınları İngiltərənin cənubuna çatıb

İspaniya və Portuqaliyadakı meşə yanğınları İngiltərənin cənubuna çatıb

İspaniya və Portuqaliyada davam edən meşə yanğınlarının tüstüsü Böyük Britaniyanın cənub bölgələrinə qədər yayılıb.

NTV “Telegraph”a istinadla xəbər verir ki, Böyük Britaniyanın Meteorologiya İdarəsi (“Met Office”) yanğınlardan qalxan tüstünün Biskay körfəzi üzərindən keçərək İngiltərənin cənub-qərbinə və İrlandiyanın bəzi hissələrinə çatdığını təsdiqləyib.

Meteoroloq Kreyq Snell bildirib ki, son iki gündə tüstü İberiya yarımadasından şimala doğru hərəkət edib. Ancaq o bildirib ki, tüstü Böyük Britaniyada hava keyfiyyətinə ciddi təsir göstərməyəcək. Mütəxəssis əlavə edib ki, tüstünün yaxın günlərdə Uels və Şimali İngiltərənin bəzi bölgələrinə də yayıla biləcəyi ehtimal olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM