satellite   Azerspace-1: 11135 H 30000

Dominikan “Erin” qasırğası təhlükəsi barədə xəbərdarlıq edib

Dominikan “Erin” qasırğası təhlükəsi barədə xəbərdarlıq edib

Dominikan Respublikasının Fövqəladə Hallar üzrə İdarəetmə Mərkəzi “Erin” qasırğası səbəbindən ada ölkəsinin Atlantik okeanı sahillərində yerləşən bir sıra əyalətlər üçün təhlükəni sarı səviyyəyə qaldırıb.

NTV xəbər verir ki, bu barədə "Diario Libre" qəzeti məlumat yayıb.

Məlumata görə, bu tədbir səkkiz əyalətə aiddir, paytaxt və paytaxt rayonu isə yaşıl təhlükə səviyyəsində qalır. Mərkəz suyun səviyyəsinin qalxması riski ilə əlaqədar vətəndaşlara çaylara və su anbarlarına yaxın olmamağı tövsiyə edib. Qasırğanın, mütəxəssislərin proqnozlaşdırdığı kimi, Dominikan Respublikası ərazisindən təxminən 300 km aralıda keçəcəyinə baxmayaraq, mərkəz güclü yağış, külək və tufan ehtimalı barədə xəbərdarlıq edib.

Mərkəz həmçinin yaxın saatlarda çimərliklərdə olmağı qadağan edib və böyük dalğalar riski səbəbindən sahilyanı ərazilərdən uzaqlaşmağı tövsiyə edib. Atlantik sahilləri yaxınlığında yerləşən gəmilərə limanda qalmaları tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM