satellite   Azerspace-1: 11135 H 30000

Xarkovda matəm elan olunub - YENİLƏNİB

Xarkovda matəm elan olunub <font color='red'> - YENİLƏNİB</font>

Rusiya Silahlı Qüvvələrinin Xarkova PUA ilə hücumu nəticəsində beş nəfərin həlak olması və 30 mülki şəxsin yaralanması ilə əlaqədar matəm elan edilib.

NTV-nin Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov həlak olanlar arasında iki uşağın olduğunu qeyd edib.

Bundan əlavə, zərbə nəticəsində altı uşaq xəsarət alıb.

09:27

Rusiya Silahlı Qüvvələrinin Xarkovda çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb.

NTV-nin  məlumatına görə, bu barədə Ukrayna KİV-ləri prokurorluğa istinadən məlumat yayıb.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur.

"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər", - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM