satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı 37 nəfər saxlanılıb

Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı 37 nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) paytaxt Tbilisidə və müxtəlif regionlarda terrorla mübarizə tədbirləri çərçivəsində xüsusi əməliyyat keçirib. Nəticədə qanunsuz odlu silah və döyüş sursatı əldəetmə, saxlama və daşıma ittihamı ilə 37 nəfər saxlanılıb.

NTV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, məhkəmənin qərarı əsasında həyata keçirilmiş axtarışlar zamanı saxlanılan şəxslərin üzərində, yaşayış evlərində, yardımçı tikililərdə və nəqliyyat vasitələrində onlarla müxtəlif növ odlu silah və döyüş sursatı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM