satellite   Azerspace-1: 11135 H 30000

İspaniyada istilər 2,6 mindən çox insanın həyatına son qoyub

İspaniyada istilər 2,6 mindən çox insanın həyatına son qoyub

Yayın əvvəlindən İspaniyada yüksək hərarətlə bağlı 2 635 vaxtından əvvəl ölüm halı qeydə alınıb.

NTV xəbər verir ki, bu barədə İspaniya mətbuatı III Karlos İnstitutunun Gündəlik Ölüm Həddinə Nəzarət Sisteminə (MoMo) istinadən məlumat yayıb.

İnstitutun məlumatına görə, ölüm hallarının demək olar yarısı – 1 149 hadisə avqustun 3-dən 18-dək olan istilər zamanı baş verib.

Kanar adalarında yayda 51 ölüm halı qeydə alınıb, onlardan 15-i avqustda, 36-sı iyulda olub.

“İstilikdən ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı (2 529) və xüsusilə də 75 yaşdan yuxarı (2 347 nəfər, onlardan 1 747 nəfəri 85 və daha yuxarı yaşda olub) insanlar arasında baş verib”, - məlumatda deyilir.

Sistem məlumatlarına əsasən, ölənlərin 1 579-u qadın, 1 056-sı isə kişi olub.

Qeyd edək ki, yüksək temperaturla bağlı buyaykı 2 635 ölüm halı ötən ilin analoji dövrü (1856 nəfər) ilə müqayisədə 40 % çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM