satellite   Azerspace-1: 11135 H 30000

Çin və ABŞ ticarət müqaviləsini daha bir il uzada bilər

Çin və ABŞ ticarət müqaviləsini daha bir il uzada bilər

ABŞ və Çin Cənubi Koreyada razılaşdırılmış ticarət müqaviləsini daha bir il uzatmağa hazırlaşır.

NTV xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumatlı mənbələrə istinadla yazır. Bildirilir ki, genişləndirilmiş razılaşma ötən ilin oktyabrında Busan şəhərində keçirilmiş sammit zamanı əldə olunan qısamüddətli iqtisadi razılaşmaları, o cümlədən Çinin yeni alış öhdəliklərini əhatə edə bilər.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın aprelin əvvəlində Pekinə səfəri planlaşdırılır. Onun Çin Prezidenti Si Cinpinlə görüşünün gözlənildiyi, lakin səfərin dəqiq tarixinin hələ müzakirə olunduğu bildirilir.

Xatırladaq ki, mövcud ticarət razılaşması iki ölkə liderləri arasında ötən ilin oktyabrında Cənubi Koreyanın Busan şəhərində keçirilən görüşdən sonra əldə olunmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM