satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda yeni Konstitusiyanın mətni dərc edilib

Qazaxıstanda yeni Konstitusiyanın mətni dərc edilib

Qazaxıstan Respublikasında vətəndaşların tanış olması üçün yeni Konstitusiyanın yekun layihəsi dərc edilib.

NTV-nin Qazaxıstan KİV-lərinə istinadla verdiyi məlumata görə, sənədə əsasən, yeni Konstitusiyanın respublika referendumu yolu ilə qəbul edilməsi təklif olunur və təsdiqlənəcəyi təqdirdə, cari ilin iyulun 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-də yeni Konstitusiya ilə bağlı respublika referendumu keçirilməsi haqqında Fərman imzalayıb.

Respublika referendumunun hazırlanması və keçirilməsi Mərkəzi Referendum Komissiyasının funksiyalarını yerinə yetirən ölkənin Mərkəzi Seçki Komissiyasına, habelə ərazi və məntəqə seçki komissiyalarına həvalə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM