satellite   Azerspace-1: 11135 H 30000

Lionel Messi yoldaşlıq oyunu zamanı zədələnib

Lionel Messi yoldaşlıq oyunu zamanı zədələnib

ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messi zədələnib.

NTV klubun rəsmi saytına istinadla xəbər verir ki, argentinalı hücumçu Ekvadorun “Barselona” kollektivi ilə yoldaşlıq matçında bud əzələsindən xəsarət alıb. 39 yaşlı forvarda əzələ dartılması diaqnozu qoyulub.

Ulduz futbolçunun məşqlərə başlayacağı tarix hələlik bəlli deyil. Hər şey bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin iyun ayından “İnter Mayami”də çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM