satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya vətəndaşlarını İsraildən təxliyə etməyi planlaşdırır

Yaponiya vətəndaşlarını İsraildən təxliyə etməyi planlaşdırır

Yaponiya hökuməti İsraildən vətəndaşlarını quru yolu ilə təxliyə etməyi planlaşdırır.

NTV xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, Nazirlər Kabineti belə bir planın həyata keçirilməsini nəzərdən keçirir. Bu addım təxliyə olunmaq istədiyini bildirən şəxslərə şamil ediləcək.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqinin daha əvvəl bildirdiyinə görə, İranda təxminən 200, regionun digər ölkələrində isə ümumilikdə 7700-ə yaxın Yaponiya vətəndaşı var. Bundan əvvəl Yaponiyanın enerji şirkəti və ölkənin ən böyük mayeləşdirilmiş təbii qaz idxalçısı olan JERA-nın regiondakı əməkdaşlarını və onların ailə üzvlərini təxliyə etməyə başladığı bildirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM