satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə-İran sərhədində insanların keçidi qarşılıqlı dayandırılıb

Türkiyə-İran sərhədində insanların keçidi qarşılıqlı dayandırılıb

Türkiyə-İran sərhədində insanların keçidi qarşılıqlı şəkildə dayandırılıb.

NTV xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə-İran sərhədində yerləşən Ağrı–Gürbulak, Van–Kapıköy və Hakkari–Esendere sərhəd buraxılış məntəqələrində hər hansısa bir fövqəladə vəziyyət mövcud deyil. Hər üç gömrük buraxılış məntəqəsi üzrə İran tərəfi ilə ticarət yüklərinin keçidi nəzarətli şəkildə davam edir.

Həmçinin, vurğulanıb ki, sözügedən məntəqələrdə gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb: "İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkələrinə qayıtmasına icazə verir. Türkiyə isə öz vətəndaşlarının və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəyə girişinə icazə verməkdədir".

Qeyd edək ki, fevralın 28-dən etibarən İsrail-ABŞ və İran arasında qarşılıqlı hava hücumları davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM