Türkiyənin dövlət qurumları regiondakı geosiyasi inkişafların nəticələrinin qarşısını almaq üçün bütün zəruri qabaqlayıcı tədbirləri görüb.
NTV xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz martın 2-də bildirib.
Siyasətçinin sosial media paylaşımında Türkiyənin güclü makroiqtisadi göstəriciləri vurğulanıb. “İqtisadiyyatımız xarici böhranlara qarşı dayanıqlılığını dəfələrlə sübut edib”, - deyə Yılmaz bildirib. O qeyd edib ki, Ankara regionda hadisələrini inkişafını yaxından izləməyə davam edir.
Bu arada, İstanbul Fond Birjası günə BIST-100 indeksində kəskin azalma ilə (5,3%) başlayıb.
