satellite   Azerspace-1: 11135 H 30000

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

Martın 2-dən bəri İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 294 nəfərə çatıb, 1023 yaralı var.

NTV Livan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, həlak olanların və yaralıların sayının artacağı gözlənilir.

Nazirliyin məlumatına görə, İsrailin Livanın şərqində yerləşən Nəbi Şit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Qeyd edək ki, İsrail ordusu hücumların “Hizbullah”ın raket atəşinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM