satellite   Azerspace-1: 11135 H 30000

Danimarkada 2035-ci ilədək hərbi çağırışçıların sayı ikiqat artırıla bilər

Danimarkada 2035-ci ilədək hərbi çağırışçıların sayı ikiqat artırıla bilər

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen 2035-ci ilədək hərbi çağırışçıların sayının ikiqat artırılaraq 13 minə çatdırılmasını təklif edib.

NTV xəbər verir ki, bu barədə Troels Lund Poulsenin sədri olduğu Liberal Partiyasının saytında dərc olunmuş bəyanatda deyilir. Nazirin sözlərinə görə, Danimarkanın müdafiə qabiliyyətinin gücləndirilməsi və müttəfiqlər qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün daha çox hərbçiyə ehtiyacı var. Plana əsasən, 2033-cü ilədək çağırışçıların sayı 6 min 500 nəfərə, 2035-ci ilədək isə 13 min nəfərə çatdırılmalıdır.

Bəyanatda qeyd olunur ki, çağırışçıların sayının artırılması hərbi infrastrukturun genişləndirilməsini, o cümlədən yeni kazarmaların inşasını tələb edəcək. Sənəddə, həmçinin bildirilir ki, Danimarkanın hərbi xərcləri son illərdə əhəmiyyətli dərəcədə artıb. Cari ildə yeni avadanlıqların alınması və hərbi infrastrukturun yenilənməsi sayəsində ölkənin müdafiə büdcəsi ümumdaxili məhsulun 3,5 faizinə yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM