satellite   Azerspace-1: 11135 H 30000

Starmer: Tramp ilə münasibətlərimiz yaxşıdır

Starmer: Tramp ilə münasibətlərimiz yaxşıdır

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərinin yaxşı olduğunu bildirib.

NTV xəbər verir ki, Starmer jurnalistlərin Hörmüz boğazında gəmiçilik marşrutunun təhlükəsizliyinin təmin olunması ilə bağlı ABŞ-nin müraciətinə münasibət bildirib. Deyib ki, dünən o, Prezident Tramp ilə telefon danışığı aparıb.

Baş nazir qeyd edib ki, Hörmüz boğazı ilə bağlı real plan üzərində müzakirələr aparılır, lakin bu məsələnin həlli asan və sadə deyil.

Jurnalistlərin Tramp ilə münasibətlərini 0-dan 10-a qədər necə qiymətləndirəcəyi ilə bağlı sualına cavab verən Starmer bildirib ki, münasibətlər yaxşıdır və tərəflər dünən boğazla bağlı məzmunlu müzakirə aparıblar.

O əlavə edib ki, Böyük Britaniya və ABŞ uzun illərdir güclü müttəfiqdir. Bununla belə, Baş nazir vurğulayıb ki, onun əsas vəzifəsi Britaniyanın maraqlarına uyğun qərarlar verməkdir.

“Əgər Baş nazirsinizsə, bir həftə sonra geri qayıdıb “bu müharibə ilə bağlı səhv etmişəm, indi geri çəkilə bilərəmmi?” deyə bilməzsiniz”, – deyə Starmer qeyd edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM