satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev Azıx mağarası ilə bağlı paylaşım edib

Hikmət Hacıyev Azıx mağarası ilə bağlı paylaşım edib

İngiltərənin Kent qraflığında meningit xəstəliyinin yayılması nəticəsində iki nəfər həyatını itirib, yüzlərlə tələbə isə profilaktik antibiotik almaq üçün növbəyə dayanıb.

NTV “The Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi Kanterberi bölgəsində cümə günündən bazar gününə qədər meningit əlamətləri ilə 13 yoluxma halı qeydə alındığını bildirib.

Hazırda Kent Universitetinin bəzi tələbələri xəstəxanaya yerləşdirilib, digərlərinə isə antibiotik verilir. Bu gün səhər universitetin binası qarşısında dərman almaq istəyən tələbələrin uzun növbələri müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, meningitin konkret hansı ştamdan qaynaqlandığı hələ müəyyən edilməyib. Meningokok bakteriyası beyin qişalarının iltihabına və qan zəhərlənməsinə səbəb ola bilər və bu vəziyyət qısa müddətdə sepsisə gətirib çıxara bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM