satellite   Azerspace-1: 11135 H 30000

Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib

Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib

Avropa İttifaqı (Aİ) Ukraynanın quruma üzvlüyü ilə bağlı danışıqların növbəti üç klasteri üzrə "yol xəritəsi"ni Kiyevə təqdim edib.

NTV xəbər verir ki, bunu Kiprin Avropa məsələləri üzrə nazir müavini Marilena Rauna və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

Macarıstanın vetosu səbəbindən Ukrayna ilə danışıqlara rəsmən başlanması mümkün olmasa da, Kiyev artıq əvvəlki üç klasterə uyğun olaraq zəruri islahatlar aparır.

Kiprin Aİ-yə sədrliyini təmsil edən Rauna qeyd edib ki, Ukrayna nümayəndə heyəti ilə görüşdə ölkənin həyata keçirdiyi islahatlara və inteqrasiya səylərinə siyasi dəstək təsdiqlənib.

"Sürətləndirilmiş iş sadəcə texniki proses deyil. Söhbət etibarlı və məzmunlu danışıqlar üçün zəmin yaradılmasından gedir. Hazırda əldə edilmiş irəliləyiş Ukraynanın bu prosesə davamlı sadiqliyini nümayiş etdirir", - o bildirib.

Marta Kosun sözlərinə görə, Avropa Komissiyası həmçinin ötən ilin dekabrında Lvovda razılaşdırılmış 10 əsas islahat üzrə fəaliyyət planı üzərində işi davam etdirir.

"Qanunun aliliyinə, korrupsiyaya qarşı mübarizəyə və güclü demokratik institutların yaradılmasına xüsusi diqqət yetirilir. Bu, Ukraynanın Aİ-yə inteqrasiyasının təməli, eləcə də onun bərpası və uzunmüddətli inkişafının əsasıdır", - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM