İtaliya hökuməti dünyada ilk kimyəvi birbaşa cərəyan mənbəyini (qalvanik element) icad edən görkəmli fizik Alessandro Voltanın (1745–1827) italyan soyadını tamamilə bərpa etməyi nəzərdə tutur. Onun bu ixtirası bütün müasir batareyalar və akkumulyatorlar üçün prototip olub. Lakin hazırda ölçü vahidi “volt” kimi qısaldılmış şəkildə istifadə olunur.
NTV “Politico” nəşrinə istinadla xəbər verir ki, İtaliyanın Rəqəmsal Transformasiya Naziri Alessio Buttinin sözlərinə görə, alimlərin adını daşıyan vahidlərin əksəriyyəti (herts, nyuton, vatt və s.) soyadın tam formasından istifadə edir. İtaliya mövcud “volt” adını linqvistik baxımdan qeyri-dəqiq hesab edir və onu düzəltmək istəyir.
Bu kontekstdə Roma əvvəlcə dəyişiklikləri milli səviyyədə tətbiq etməyi planlaşdırır. Daha sonra beynəlxalq təsdiq üçün Beynəlxalq Çəki və Ölçü Bürosuna (BIPM) müraciət ediləcək. Müvafiq müzakirə 2026-cı ilin oktyabr ayında BIPM Baş Konfransında aparılacaq. Təşəbbüs sərf rəmzi və mədəni xarakter daşıyır.
Ciorcia Meloninin ifrat sağçı hökuməti bunu İtaliyanın elmi irsini təşviq etmək və xalqın milli kimliyini gücləndirmək siyasətinin bir hissəsi kimi görür.
Elektrik vahidinin adı və elektrik şəbəkəsinin iş prinsipləri, əlbəttə ki, dəyişməz qalacaq. “Volta” sırf linqvistik düzəlişdir.
