Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi gecə zərbələri nəticəsində ölənlərin sayı 4-ə çatıb, 63 nəfər isə xəsarət alıb.
NTV xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.
10:04
Rusiyanın Kiyev və Dneprə (Ukrayna) endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub, daha 71 nəfər yaralanıb.
NTV Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, iyunun 2-də Kiyevə edilən hücum nəticəsində 3 nəfər həlak olub, daha 35 nəfər, o cümlədən 3 uşaq xəsarət alıb.
Öz növbəsində, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Rusiyanın Dneprə endirdiyi zərbələr nəticəsində 6 nəfərin həlak olduğunu, daha 36 nəfərin yaralandığını bildirib.
