satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan Prezidenti: Regionumuz dinc yanaşı yaşama və dialoq məkanına çevrilməlidir

Gürcüstan Prezidenti: Regionumuz dinc yanaşı yaşama və dialoq məkanına çevrilməlidir

Bizim regionumuz geosiyasi qarşıdurma poliqonuna deyil, nümunəvi əməkdaşlıq, dinc yanaşı yaşama və sivilizasiyalar arasında dialoq məkanına çevrilməlidir.

NTV xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə keçirilən Dayanıqlı İnkişaf üzrə Regional Forumdakı çıxışında bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibə başladıqdan sonra beynəlxalq nizamın transformasiyası daha da sürətlənib və Gürcüstan ən kəskin çətinliklərlə üzləşib. Son bir neçə ildə Gürcüstan hökuməti ölkədə sabitliyi pozmaq və dövlət çevrilişi etmək üçün xaricdən təşkil olunmuş beş cəhdin qarşısını alıb.

“Sürətlə dəyişən dünyada yaşamağın yolunun sülhü qorumaqdan və balanslı, çoxvektorlu xarici siyasət yürütməkdən ibarət olduğunu yaxşı bilirik. Bu, hər bir ölkənin davamlı iqtisadi inkişafını müəyyən edən möhkəm təməldir. Cənubi Qafqazın gələcəyi bu prinsiplərə əsaslanmalıdır. Regionumuz geosiyasi qarşıdurma poliqonu deyil, sabitlik, ticarət və iqtisadi əməkdaşlıq, dinc yanaşı yaşama və sivilizasiyalar arasında dialoqun nümunəvi məkanına çevrilməlidir" – deyə, M.Kavelaşvili vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM