satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda Sıfır Tullantı Festivalına start verilib

İstanbulda Sıfır Tullantı Festivalına start verilib

Bu gündən İstanbulda Sıfır Tullantı Festivalına start verilib.

NTV  xəbər verir ki, İstanbulun Atatürk hava limanında keçirilən festival enerji səmərəliliyindən iqtisadiyyata, texnologiyadan incəsənətə qədər geniş məzmunu əhatə edəcək.

İyunun 7-dək konsertlər, müxtəlif tədbirlər və ustad dərslərinə ev sahibliyi edəcək festivalda 1 milyon ziyarətçinin iştirakı gözlənilir.

Festival müddətində istifadə olunacaq elektrik enerjisi tamamilə bərpaolunan enerji mənbələrindən təmin ediləcək və bunun beynəlxalq standartlara uyğun sertifikatlarla təsdiqlənəcəyi bildirilir. Bu xüsusiyyəti ilə tədbir dünyanın bərpaolunan enerji mənbələri sertifikatına malik ilk festivalı olmaq xüsusiyyəti daşıyacaq.

Bundan əlavə, İstanbulda iyunun 1–dən 7-dək qeyd olunan Sıfır Tullantı Həftəsi çərçivəsində şəhərin 39 rayonunda 1500-dən çox tədbir keçiriləcək. Dövlət qurumları, yerli idarəetmə orqanları, qeyri-hökumət təşkilatları, universitetlər və vətəndaşların iştirakı ilə baş tutacaq bu fəaliyyətlər sıfır tullantı şüurunun şəhər miqyasında daha geniş yayılmasına töhfə verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM