satellite   Azerspace-1: 11135 H 30000

Meloni: İtaliya Avropa Komissiyasından 12,8 milyard avro alıb

Meloni: İtaliya Avropa Komissiyasından 12,8 milyard avro alıb

İtaliya Milli Bərpa və Dayanıqlılıq Planı (PNRR) çərçivəsində Avropa Komissiyasından 12,8 milyard avro məbləğində tranş alıb.

NTV xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni "X" sosial şəbəkəsində yazıb.

"İtaliya PNRR-in 12,8 milyard avro məbləğində doqquzuncu tranşını alıb. Sadə bir həqiqəti təsdiqləyən daha bir konkret nəticə: bu gün İtaliya planın icra tempinə görə Avropada liderdir", - o qeyd edib.

PNRR pandemiyanın nəticələrinin aradan qaldırılması, rəqəmsal keçidin sürətləndirilməsi, eləcə də "yaşıl iqtisadiyyat"ın tətbiqi üçün Aİ tərəfindən maliyyələşdirilən tədbirlər, struktur islahatları və irimiqyaslı investisiyalar kompleksini nəzərdə tutur. İştirakçı ölkələrə Avropa vəsaitlərinin ayrılması üçün əsas şərt ətraf mühitə "zərər vurmamaq" prinsipinə ciddi şəkildə əməl edilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM