satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

Yaponiya və ABŞ növbəti beş il ərzində elmi tədqiqatlarda süni intellektin inkişafına birgə bir milyard dollar investisiya yatırmaq barədə razılığa gəliblər.

NTV xəbər verir ki, Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, strateji tərəfdaşlıq süni intellekt də daxil olmaqla, qabaqcıl elm və texnologiya sahələrində birgə tədqiqatların genişləndirilməsini, həmçinin hesablama resurslarının gücləndirilməsini nəzərdə tutur.

Tərəfdaşlıq çərçivəsində tərəflər birgə tədqiqatlar üçün hesablama resurslarından qarşılıqlı istifadə edəcək. Əməkdaşlığın kvant informasiya elmi, termonüvə texnologiyaları, biotexnologiya və digər qabaqcıl sahələri də əhatə edəcəyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM