satellite   Azerspace-1: 11135 H 30000

Si Cinpin KXDR-ə dövlət səfəri edəcək

Si Cinpin KXDR-ə dövlət səfəri edəcək

Çin Sədri Si Cinpin 8-9 iyunda Koreya Xalq Demokratik Respublikasına (KXDR) dövlət səfəri edəcək.

NTV  xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin bəyanatına istinadən məlumat yayıb.

"Koreya Əmək Partiyasının Baş katibi və Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Sədri Kim Çen Inın dəvəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Çin Xalq Respublikasının Sədri Si Cinpin iyunun 8-dən 9-dək Koreya Xalq Demokratik Respublikasına dövlət səfəri edəcək", - bəyanatda deyilir.

Qarşıdakı səfərin təfərrüatları və gündəliyi hələ açıqlanmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM