satellite   Azerspace-1: 11135 H 30000

“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq

“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. ABŞ dollarına çatacağını proqnozlaşdırır.

NTV xəbər verir ki, agentliyin məlumatına görə, bu göstərici ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 117%-nə bərabər olacaq.

“Fitch” bildirir ki, aktivlərin 84%-i Azərbaycan Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında saxlanılır.

Agentliyin qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin yüksəlməsi Azərbaycanın neft və qaz gəlirlərini artıracaq, bu da xarici aktivlərin həcminin böyüməsinə şərait yaradacaq.

Fitch əlavə edib ki, Azərbaycanın xalis suveren xarici aktivləri 2026-cı ildə ÜDM-in 73%-nə çatacaq ki, bu da “BBB” reytinqli ölkələr arasında ən yüksək göstəricidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM