satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Pentaqonun kəşfiyyat qanadı son həftələrdə İsrailin casusluq fəaliyyəti ilə bağlı qiymətləndirilən təhdid səviyyəsini “yüksək”dən “kritik” həddədək qaldırıb.

NTV  xarici mediaya istinadən xəbər verir ki, bu dəyişiklik barədə ilk xəbəri cümə günü "NBC News" yayıb, növbəti gün isə "The New York Times" qəzeti özünün xüsusi hesabatını dərc edib.

Xəbər agentlikləri anonim mənbələrinə istinadən bildiriblər ki, verilən qərar ABŞ-İsrailin İrana qarşı müharibəsi ilə bağlı getdikcə daha təcavüzkar xarakter alan taktikalardan yaranan narahatlıqlar fonunda qəbul edilib.

Mənbələr qeyd edib ki, Pentaqonun Müdafiə Kəşfiyyat Agentliyi (DIA) İsrailin getdikcə daha çox yüksək rütbəli ABŞ rəsmilərini izləməyə (güdməyə) çalışması qorxusu fonunda xəbərdarlıq səviyyəsini artırıb. İddia olunur ki, İsrailin ABŞ rəsmilərini güdməsində məqsəd Ağ Evin müharibəni bitirməklə bağlı daxili müzakirələrini öyrənmək və anlamaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM