Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Dauninq-Stritdə görüş keçirəcək.
NTV xəbər verir ki, Böyük Britaniya hökumətinin yaydığı məlumata görə, liderlər Ukraynaya davam edən dəstək məsələlərini müzakirə edəcəklər.
Bununla yanaşı, “İstəklilər koalisiyası”nın fəaliyyəti üzrə görülən işlərin vəziyyəti də nəzərdən keçiriləcək, həmçinin Rusiyaya təzyiqin artırılması məsələləri müzakirə olunacaq.
